Turistlər Çexiyanın Karlovı Varı kurortundakı bəzi restoran və kafelərdə dələduzluğun yeni forması ilə üzləşiblər. Bu barədə yerli nəzarət orqanlarına məlumat verilib.
Belə ki, mineral su və ya sərinləşdirici içkilər sifariş edəndə ofisiantlar nədənsə maye dolu butulkanı soyuducudan deyil, anbardan gətirirlər.
Razılaşın ki, Avropada bu qeyri-adi dərəcədə isti günlərdə küçə kafelərində stol arxasına əyləşən müştərilər məhz sərinləşdirici işçilər içməklə nəfəsini dərmək istəyirlər.
Diqqətli müştərilərin bəziləri onlara göstərilən xidmət müqabilində təqdim edilən hesabda isti içkidən sonra sifariş etdikləri buza görə əlavə 1,20 avro yazılmasını görəndə çox heyrətləniblər. Axı içkilər məhz soyuq halda, yəni soyuducudan gətirilməlidir.
Kafe və restoran sahiblərinin bu hərəkətlərindən istehlakçı hüquqlarının müdafiəsi orqanlarına şikayətlər daxil olandan sonra müştəriləri hesabda aldatmağın bu forması məlum olub. Restoratorlar cərimə ediləndən sonra onlar, necə deyərlər, tezliklə özlərinə gəliblər, amma bundan ötrü buz lazım olmayıb.
Bildirilir ki, belə praktikaya son qoyulub.