29 İyul 2022, 15:30

“Dünyanın ən möhtəşəm yerləri”nin siyahısı çıxdı

“Dünyanın ən möhtəşəm yerləri”nin siyahısı çıxdı

İstanbul şəhəri “Time” jurnalının “2022-ci ilin ən gözəl 50 yeri” siyahısına daxil edilib.

Time” jurnalının budəfəki buraxılışının mövzusu “Dünyanın ən gözəl yerləri” olub. Toronto, Mayami, Boqota, Marsel, Nayrobi, Seul, Şimal Qütb bölgəsi və Dolni Morava ilə yanaşı, jurnalının üz qabığında adı qeyd olunan ərazilər arasında İstanbul şəhəri də ilk sırada yer alıb.

Jurnalda İstanbulla bağlı bölməyə “Klassik bir yenidən doğuş” başlığı verilib.

Siyahıda Avropanın tropik tətil məkanı olan Portuqaliyanın Madeyra adası, təbiəti ilə məşhur olan Qalapaqos adaları, Hindistanın ekoturizmi ilə seçilən Kerala əyaləti və Ruandanın paytaxtı Kiqali də diqqət çəkir. Qətərin paytaxtı Doha, Braziliyanın Sao Paulo, Danimarkanın paytaxtı Kopenhagen, Kanadanın Toronto, Yunanıstanın Saloniki, ABŞ-ın San-Fransisko və Mayami kimi böyük şəhərləri də siyahıda yer alıb.