Ucuz tətil dövrü bitdi - ekspertlər qiymətlərin artdığını bildirirlər

Ucuz tətil dövrünün başa çatması bugün dünyanın kütləvi turizm mərkəzi olan Aralıq dənizi bölgəsindəki otelləri də istirahət edənləri çətin vəziyyətdə qoyacaq.
Ucuz tətil dövrü bitdi - ekspertlər qiymətlərin artdığını bildirirlər

Son illər müşahidə olunan inflyasiya artımı müəssisələrin xərclərinin artmasına səbəb olarkən, rekord qiymət artımları aviasiya və yerləşdirmə sektorunda qiymətlərdə əks olunmağa başladı. Türkiyə mətbuatı yazır ki, artıq dünyada ucuz tətil dövrünün bitdiyi barədə ekspertlər açıq şəkildə bəyanatlar verir.  

Beləki, ucuz tətil dövrünün başa çatması bugün dünyanın kütləvi turizm mərkəzi olan Aralıq dənizi bölgəsindəki otelləri də istirahət edənləri çətin vəziyyətdə qoyacaq. İspaniya, İtaliya, Yunanıstan və Portuqaliyadakı qonaqpərvərlik təşkilatları bu məqama diqqət çəkir. Portuqaliyanın Alqarve sahilindəki bir qrup otel sahibi olan Associação da Hotelaria de Portugal-ın vitse-prezidenti Cristina Siza Vieiram verdiyi açıqlamada, artan enerji xərcləri, inflyasiya və daha yüksək əmək haqqı tələbi nəticəsində tətil edənlər artan qiymətə hazırlaşmalıdırlar.

Turoperatorlarla çətin danışıqların aparılacağını bildirən Balear Adaları Otelçilər Assosiasiyasının prezidenti Karolina Quetqlas Avropada mümkün iqtisadi böhran nəzərə alındıqda bu işin çətinliyinin artdığına diqqət çəkib. O qeyd edib ki, bu, Aralıq dənizi regionunda mehmanxanalar neft, qaz, elektrik və qida üçün daha yüksək xərclər ödəməyə məcburdurlar və buna görə də qiymətləri qaldırmalı olduqları üçün paket turları bahalaşacaq. O, misal olaraq bildirib ki, 2022-ci ilin iyun-avqust ayları üçün Mayorkada iki nəfərlik bir həftəlik istirahət pektinin orta qiyməti əvvəlki illə müqayisədə 17% bahalaşıb.