"Zirvə fəth olundu! Azərbaycan bayrağı Broud-Pik üzərində dalğalanır" - İSRAFİL AŞURLU

"Zirvə fəth olundu! Azərbaycan bayrağı Broud-Pik üzərində dalğalanır".

Bu sözləri azərbaycanlı peşəkar alpinist İsrafil Aşurlu sosial şəbəkə hesabında paylaşıb. 

"Azərbaycan dünyanın 14 "səkkizminlik" zirvəsindən beşincisini qazandı. Bu ekspedisiyanın gerçəkləşməsinə imkan yaratdıqları üçün Heydər Əliyev Fonduna və şəxsən Leyla xanım Əliyevaya təşəkkür edirəm. Eyni zamanda, Azərbaycanın Gənclər və İdman Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək üçün minnətdarlığımı bildirirəm. Azərbaycan irəli ", - deyə İsrafil Aşurlu qeyd edib.

Qeyd edək ki, alpinist iyulun 23-də  Pakistan ilə Çinin sərhəddində yerləşən dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci zirvəsi olan Broud-Pik zirvəsini fəth edib.