25 İyul 2022, 11:31

Turistləri ən çox harada qarət edirlər? - İkinci yerdə Eyfel qülləsidir

Turistləri ən çox harada qarət edirlər? - İkinci yerdə Eyfel qülləsidir

“Mirror” nəşri turistlərin ən çox cibgirlərin qurbanına çevrildiyi turistik yerlərin siyahısını təqdim edib. Reytinq Tripadvisor-da rəyləri təhlil edən money.co.uk analitikləri tərəfindən tərtib edilib.

Belə ki, birinci yerdə Barselonanın (İspaniya) mərkəzindəki Las Ramblasdır. Bu məkanda baş verən oğurluqlardan 3600-ə yaxın turist yazıb. Bu küçəyə gedən şəhər qonaqlarına qiymətli əşyalarını oteldə qoymağı, paltarlarının içində pulqabılarını saxlamağı tövsiyə edirlər.

İkinci yerdə Parisdəki Eyfel qülləsidir (Fransa). Orada 2600 turist cibgirlikdən əziyyət çəkib. Siyahıda üçüncü yeri Romadakı (İtaliya) Trevi fəvvarəsi tutur. Orada 2200 nəfər cibgirlikdən şikayət edib. Cibgirlik baxımından ən təhlükəli TOP-10 məkana həmçinin Praqadakı Çarlz körpüsü və Köhnə şəhər meydanı (Çexiya), Paris Sacre Coeur, Luvr və Notr-Dam kilsəsi, Romadakı Kolizey və Barselonadakı Sagrada Familia daxildir.