Kapadokiyada keçirilən "3-cü Beynəlxalq İsti Hava Şarı Festivalı" (BALONFEST 2022) müxtəlif ölkələrdən fiqurlu şarların iştirakı ilə başlayıb.
Nevşehirdə təşkil edilən tədbir çərçivəsində hava şarları Göremedəki festival ərazisində rəngli görüntülər yaradıb.
Festival üçün İngiltərə, Belçika, Hollandiya, Lüksemburq, İsveçrə, Almaniya, Çexiya, Braziliya, İspaniya, Şimali Makedoniya və Sloveniya ilə yanaşı Türkiyədən gələn şar pilotları hazırlıqlarını tamamladıqdan sonra səmaya qalxaraq pəri bacaları və təbii qayalar üzərindən uçuş ediblər.
Nevşehir bələdiyyə rəhbəri açıqlamasında bu il üçüncü dəfə təşkil edilən festivalın Kapadokya turizminə töhfə verdiyini ifadə edərək, "Kapadokiyada hər gün səmada 150 isti hava şarı görürük. Tədbirlərin təşkili 4 gün ərzində bölgə üçün fərqli bir həyəcan yaradır. Yerli və xarici qonaqlarımızı qəbul edəcəyik", - deyib.
AviaTravel