Ümumi daxili məhsulun təxminən dörddəbirinin turizm gəlirlərindən ibarət olduğu Monteneqroda turizm sektorundakı hazırkı göstəricilər proqnozları doğrultmayıb və bu vəziyyət narahatlığa səbəb olub.
Monteneqronun Baş naziri Dritan Abazoviç otel və restoran qiymətlərinin yüksək olması səbəbindən yay mövsümündə ölkəyə gələn turistlərin sayının azaldığını bildirib. D.Abazoviç ölkədəki mövcud qiymətlərin Fransa Rivierası ilə eyni olduğunu və bunun turizm sektoruna pis təsir etdiyini vurğulayıb.
Qeyd edək ki, bu yay mövsümündə Monteneqroya səfər edən turistlərin sayı ötən illə müqayisədə 20 azalıb.