Son bir ildə məzuniyyətə gedə bilməyən vətəndaşların sayı artıb. Araşdırmalar göstərir ki, vətəndaşların 70 faizinin tətilə getmək üçün pulu yoxdur, Z nəslinin 89 faizi isə tətilə gedə bilmir.
Türkiyənin İstehlakçılar Birliyi Federasiyasının “Yaşasın səyahət” başlıqlı ictimai sorğusuna əsasən, yaşayış bahalığına görə maddi çətinlik çəkən vətəndaşların 69,7 faizi, gənc əhalini təmsil edən Z nəslinin isə 89 faizi tətilə gedə bilmir.
“Sözcü”dən Taylan Büyükşahinin xəbərinə görə, respondentlərin 43,7 faizi son üç ildə tətilə gedə bilməyib, 37,6 faizi ildə bir dəfə tətilə çıxıb, yüzdə 15-i isə ildə 2-3 dəfə tətilə getdiyini bildirib. “Yaşasın səyahət” adlı araşdırmada yay tətilinə gedəcəklərini bəyan edənlərin 52 faizi tətilini öz büdcəsi ilə maliyyələşdirəcəyini, 44 faizi isə maaşlarına taksit ödəyərək tətilə gedəcəyini bildirib.
Tətilə gedəcəyini bəyan edənlərin 18 faizi öz bağ evində qalacağını bildirib. Digər tərəfdən, 16 faiz qohumlarına məxsus bağ evində qalacaqlarını bildirib. Bu məlumatlar işığında tətilə gedəcəklərini bəyan edənlərin təxminən üçdə birinin ödənişli qalmağa üstünlük vermədiyi məlum olub.