“İzvestiya” xəbər verir ki, Rusiya tur şirkətlərindən qaynaqlar Türkiyə turlarının ötən illə müqayisədə yüzdə 50 baha olduğunu açıqlayıb.
Mütəxəssislərin verdiyi məlumata görə, Türkiyədə iki nəfər üçün bir həftəlik tətilin orta qiyməti keçən il 115 min rubl (3545 manat) idisə, bu il 172 min rubla (5310 manat) yüksəlib. Qiymət artımının əsas səbəblərindən biri uçuşlardakı qiymət artımı olsa da, digər səbəb türk lirəsinin dollar qarşısında ucuzlaşması kimi göstərilir.
Digər tərəfdən, qiymət artımına baxmayaraq, otellərdə doluluq nisbəti yüksəkdir. Otellərin əksəriyyəti yerli turistlərlə dolu olduğundan, qalan otellərdə qiymətlər artır.