İstanbul Hava Limanında yemək və içki qiymətləri müzakirə mövzusuna çevrilib. Tvitter istifadəçisinin paylaşdığı fotolarda böyük pizzanın 530 TL, sendviçin 110 TL, bir qutu kola 63 TL olduğu bildirilir.
Məhsulların hədsiz baha olması Twitter-də müzakirə obyektinə çevrilib. Paylaşılan fotoda məhsulların qiymətləri oxucularımız üçün də maraqlı ola bilər.
Beləliklə:
Böyük pizza: 530 TL
Orta ölçülü pizza: 245 TL
sendviç: 110 TL
Kola: 63 TL
Dönər dürüm: 150 TL
Su: 31 TL
Spirtli içki: 150 TL
Qeyd edək ki, hazırda rəsmi məznnə ilə 1 Türk Lirəsi - 0.1015 manat təşkil edir.