Məşhur otellər şəbəkəsi Rusiyada fəaliyyətini dayandırdı

Məşhur otellər şəbəkəsi Rusiyada fəaliyyətini dayandırdı

Otelçilik sənayesinin aparıcı brendlərindən biri olan IHG Intercontinental Hotels Group Rusiyadakı fəaliyyətini dayandırır. Bu qərarın “Birləşmiş Krallıq, ABŞ və Avropa İttifaqının iqtisadi sanksiyalarına uyğun olaraq və Rusiyada əməliyyatların aparılmasında yaranan çətinliklərə görə” qəbul edildiyi açıqlanıb.

Rusiyada IHG Hotels & Resorts brendinin çətiri altında 28 otel var. IHG Hotels & Resorts Moskvadakı ofisini bağlayıb. Marriott da daxil olmaqla digər qlobal otel şəbəkələri Rusiyadakı fəaliyyətini dayandırdıqlarını açıqlayıb.