22 İyun 2022, 13:26

Türkiyədə turistlərin ən çox sevdiyi göldə çimmək qadağan edilib

Türkiyədə turistlərin ən çox sevdiyi göldə çimmək qadağan edilib

Türkiyə hakimiyyəti məşhur turistik məkan və təbii qorunan ərazi olan Salda gölündə çimməyi qadağan edib. Turprom portalının məlumatına görə, bu mövsüm üzgüçülük qadağası gölün suyunda yüksək miqdarda kimyəvi maddələrin, o cümlədən günəşdən qoruyucu maddələrin aşkarlanması ilə əlaqədar tətbiq edilib.

Bu, su hövzəsində mikroorqanizmlərin və bakteriyaların populyasiyasının dəyişməsinə səbəb olub. Bundan əlavə, tullantılar suyun keyfiyyətini və unikal rəngini dəyişir. Bununla əlaqədar olaraq Türkiyə Təbiəti Mühafizə Dərnəyi Pamukkaledə artıq tətbiq edilən qoruyucu tədbirlərin eynisini burada da tətbiq etməyi təklif edib.

Salda Türkiyənin cənub-qərbindəki krater gölüdür, ölkənin ən dərin şirin su gölüdür və Antalyadan avtomobillə cəmi iki saat yarıma çatmaq olar. Göl firuzəyi rəngli suyu və mineral yataqlarından əmələ gələn ağ qum təpələri ilə məşhurdur.