Turizmdə lüks çadır dövrü

Turizmdə lüks çadır dövrü

Türkiyə "Lüks çadır turizmi"nin əhəmiyyətli bir alternativ turizm növü kimi hüquqi bazasını hazırlayır. Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy, mövzu ilə bağlı hüquqi infrastrukturun qurulduğunu, prosedur və prinsiplərlə bağlı araşdırmaların davam etdiyini söyləyib.

Mütəxəssislər, lüks çadır turizmində ciddi investisiya tələbi gözlədiklərini bildriiblər. Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy Lüks Çadır turizminin əhəmiyyətli bir alternativ turizm növü olduğunu ifadə edərək, “Qanuna edilən dəyişikliklə ilk dəfə olaraq hüquqi infrastruktur yaradılıb".

Pandemiya ilə birlikdə karvan və çadır turizminin səviyyəsinin yüksəldiyi bildirilib.