Türkiyədə muzeylər bahalaşdı - YENİ QİYMƏTLƏR

Türkiyədə muzeylər bahalaşdı - YENİ QİYMƏTLƏR

Türkiyədə iyulun 1-dən muzeylərə və arxeoloji obyektlərə giriş biletləri bahalaşacaq. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən, iyulun 1-dən etibarən bir çox məşhur yerlərin ziyarətinin qiyməti 30-45% artacaq.

Nazirlikdən verilən məlumata görə, Efes Antik Şəhərinə giriş 200 lirə, Göbekli Təpə 90 lirə, Kapadokyadakı Göreme Milli Parkına 150 lirədir.

  • Pamukkale Arxeologiya Muzeyi - 250 lirə
  • Qalata qalası - 175 lirə
  • Troya Muzeyi - 100 lirə
  • Aspendos xarabalıqları - 100 lirə
  • Perge xarabalıqları - 100 lirə

İyulun 1-dən kombinə edilmiş ekskursiyaların qiymətləri:

* Dənizli Hierapolis xarabalıqları + Laodikiya xarabalıqları + Dənizli Arxeologiya Muzeyi - 250 lirə

* İzmirdə Efes Muzeyi + Efes xarabalıqları, Təpə yamacındakı evlər + St John's Anıtı - 350 lirə

* Çanaqqalada Troya xarabalıqları + Troya Muzeyi - 150 lirə

* Efes xarabalıqları + Yamacda evlər - 250 lirə

* Side Muzeyi + Side Teatrı (bir bilet) - 125 lirə

* Şanlıurfa, Göbeklitepe xarabalığı + Animasiya Mərkəzi - 100 lirə

* Hatay Muzeyi + Saint-Pierre Memorial Muzeyi + Necmi Əsfuroğlu Arxeologiya Muzeyi - 150 lirə

İyulun 1-dən muzey kartlarının qiyməti:

Museumpass - 1000 lirə

Museumpass İstanbul - 700 lirə

Museumpass Ege (Egey bölgəsi) - 650 lirə

Aralıq dənizi muzeyi - 650 lirə

Museumpass Kapadokya - 400 lirə

Patara - Olympos Passcard - 270 lirə