Rusiya-Ukrayna müharibəsində turizmi ciddi ziyan çəkən Rusiyada otelçilikdə yeniliklər gözlənilir. “Rosturizm” dövlət turizm agentliyinin rəhbəri Zarina Doğuzova deyib ki, “gər şey daxil” sisteminin standartları tezliklə Rusiyadakı otellər üçün təsdiqlənəcək.
Onun sözlərinə görə, bu ilin sonuna kimi müxtəlif kateqoriyalar üzrə otellər üçün “hər şey daxil” və “ultra hər şey daxil” sistemi təsdiqlənəcək və bu gələn ildən tətbiq olunacaq.
Müraciətin kriteriyaları ilə bağlı məlumat verən rəsmi qeyd edib ki, ən azı biri 24 saat işləyən bir neçə restoran, uşaq animatorları, uşaq oyun otaqları və qapalı hovuzların olması zəruriliyi bunlardan bəziləridir.
Qeyd edək ki, Rusiyanın Qara dəniz sahilində yerləşən Anapada bu il “hər şey daxil” və “ultra hər şey daxil” sisteminə keçən otellərin sayında rekordun qırıldığı açıqlanıb.