Türkiyə turizminin Oskarı sayılan QM-Quality Management Awards mükafatının qalibləri elan olunub. Megasaray Westbeach-də keçirilən qeyri-adi təqdimat gecəsində 10 əsas kateqoriya üzrə 74 fərqli nominasiya üzrə seçimlərin nəticələri elan edilib.
20 ildir öz yüksək keyfiyyətli xidməti ilə tanınan Summer Tur şirkəti bu gərgin seçimlərin birincisi mükafatını qazanıb. Summer Tur - Türkiyənin Ən Yaxşı İdarə olunan QM İncoming Agentliyi adına layiq görülüb.
Qeyd edək ki, GM Tourism & Management Magazine tərəfindən ənənəvi olaraq hər il təşkil edilən QM (Keyfiyyətli İdarəetmə) Mükafatlarının qalibləri sorğu nəticələri və 5 fərqli dildə səs verilə bilən təkliflər əsasında müəyyən edilib. Bu il həm yerli, həm də beynəlxalq olmaqla ümumilikdə 102 min turizm iştirakçısı QM mükafatlarının sorğu səhifəsini ziyarət edərək, səsvermədə iştirak ediblər.
Türkiyənin hər yerindən turizm sənayesi peşəkarlarını və maraqlı tərəfləri bir araya gətirən QM mükafatlandırma mərasimi yeni mövsüm üçün mənəvi bir motivasiya hesab olunur və turizm sənayesinin nümayəndələri arasında güclü sinerji yaradır.