13 İyun 2022, 09:54

Ərəb ölkələrində ən çox ziyarət edilən - 10 MƏKAN

Ərəb ölkələrində ən çox ziyarət edilən - 10 MƏKAN

“Google” özünün küçə hərəkəti xəritə xidmətinin görüntülərinə əsasən Yaxın Şərq və Şimali Afrikada ən çox ziyarətçi axını olan 10 məkanın adını açıqlayıb.

2013-cü ildə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərində müşahidə aparan bu xidmət, sonradan digər ərəb ölkələrini də əhatə edib. “Google”un icmalına görə, sözügedən regionda ən çox ziyarət edilən məkan Dubaydakı dünyanın ən hündür binası olan “Bürc Xəlifə”dir.

Siyahıda ikinci yeri Məkkədəki müqəddəs Kəbə, ondan sonrakı yeri isə Misirdəki Giza nekropolu tutur. İlk onluğa, həmçinin Məkkədəki Məscid Əl-Haram, Misir ehramları və Sfinks heykəli, Mədinədəki Peyğəmbər məscidi, Dubaydakı “Bürc Əl Ərəb”, Dubay fəvvarəsi və bu şəhərdəki Beynəlxalq Hava Limanı da daxildir.