10 İyun 2022, 16:12

Bu ilin üç ayında azərbaycanlılar xaricdə səyahətə 197 milyon dollar xərcləyiblər

Bu ilin üç ayında azərbaycanlılar xaricdə səyahətə 197 milyon dollar xərcləyiblər

Bu ilin I rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2,9 dəfə artaraq 318 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə turizm xidmətləri üzrə idxalın (196,8 milyon ABŞ dolları) ixracı (121,3 milyon ABŞ dolları) üstələməsi nəticəsində 75,5 milyon ABŞ dolları həcmində kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,7 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2,1 dəfə artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 196,8 milyon ABŞ dolları olub. Bunun 82,9 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).