"Hər şey daxil" tətil üçün - ƏN UCUZ 10 YER

Britaniyanın endirimli alış-veriş saytı Savoo 2022-ci il üçün ən ucuz "hər şey daxil" (all inclusive) yerlərini açıqlayıb. Siyahıda ilk 10-luqda Türkiyədən iki istiqamət yer alıb.

Savoo bu yay mövsümündə "hər şey daxil" tətili üçün 46 məşhur istiqamət arasında adambaşına düşən bayram qiymətlərini təhlil edib.

HƏR ŞEY DAXİL TƏTİL ÜÇÜN 10 UCUZ YER

İngilislər üçün Mərakeşdən olan Aqadir 2022-ci ilin iyul ayında 7 günlük hər şey daxil tətil (uçuşlar daxil olmaqla) üçün ən ucuz 10 istiqamət arasında birinci yerdədir. Mərakeşin turizm bölgəsi Aqadirdə bir həftəlik hər şey daxil tətili adambaşına orta hesabla 490 funt-sterlinqə başa gəlir. İkinci yerdə 546 funt (1 funt=2.12 manat) ilə İspaniyanın Kosta Brava, üçüncü yerdə isə ortalama 559 funt ilə İstanbul olub.

 

 

Yer

Ölkə

Adambaşına düşən xərc (funt)

1

Agadir 

Mərakeş   

490

2

Costa Brava     

İspaniya  

546

3

İstanbul

Türkiyə

559

4

Sorrento

İtaliya

593

5

Fuerteventura

İspaniya

612

6

Madeira

Portuqaliya

630

7

Mərakeş

Fas

645

8

Gran Canaria

İspaniya

659

9

Majorca

İspaniya

696

 10      

Antaliya                

Türkiyə                

700

QİYMƏT / XİDMƏT KEYFİYYƏTİNİN PERFORMANSINA GÖRƏ DESTİNASİYALAR

Savoo, həmçinin qiymət/xidmət keyfiyyəti performansı baxımından ayrıca qiymətləndirmə aparıb. Nəticədə İspaniyanın Cape Verde destinasiyası birinci sırada, Türkiyənin Antalya şəhəri isə ikinci sırada yer tutub.

AviaTravel