Turizm və səyahət xərcləri ilə bağlı - "Mastercard"dan açıqlama

Xərclərdə ən çox artım əyləncə məkanlarında olub.
Turizm və səyahət xərcləri ilə bağlı -

2022-ci ilin birinci rübünü araşdıran Mastercard İqtisadiyyat İnstitutu 37 bazarda qlobal səyahət vəziyyəti ilə bağlı kritik məlumatları paylaşıb.

Araşdırmaya görə, aprelin sonunda bayram uçuşlarının rezervasiyası 2019-cu ilin səviyyəsini 25 faiz ötüb, qısa və orta məsafəli tətil uçuşlarının rezervasiyası isə 27 faiz artıb. Səyahət məhdudiyyətlərinin aradan qaldırılması ilə turizm xərclərində güclü artım müşahidə edilsə də, Mastercard İqtisadiyyat İnstitutunun apardığı araşdırmanın nəticələrinə görə, 2022-ci ildə istirahət və işgüzar səfərlər üçün rezervasiyaların pandemiyadan əvvəlki həddi keçdiyi aşkarlanıb. 

Nəticələrə görə, uçuş sifarişi tendensiyaları indiki templə davam edərsə, 2022-ci ildə ötən illə müqayisədə 1,5 milyard sərnişinin təyyarə ilə səyahət edəcəyi təxmin edilir. Qlobal kommersiya uçuş sifarişləri ilk dəfə mart ayında pandemiyadan əvvəlki səviyyələri aşdı, iş həyatı normallaşdıqca ofislər yenidən açılmağa başladı, uzun məsafəli uçuşlar isə xüsusilə aprel ayında ikirəqəmli həddə çatdı.

Kruizlərə qlobal xərclər, 2019-cu il səviyyəsindən aşağı olsa da, yanvardan aprelin sonuna qədər 62 faiz bəndi artıb.

Xərclərdə ən çox artım əyləncə məkanlarında olub. İnsanların suvenir almaq əvəzinə beynəlxalq səyahətlərdə daha çox təcrübə əldə etmək üçün büdcə ayırdıqlarını ortaya qoyan araşdırmada təcrübə xərclərinin 2019-cu ilin səviyyəsini 34 faiz üstələdiyi, ən çox xərclənən sahələrin isə əyləncə məkanları olduğu ortaya çıxıb.