Bu yay Almaniyada ucuz gəzib-dolaşmaq üçün əla fürsət - 3 AYA 9 AVROLUQ BİLET!

Bu yay Almaniyada ucuz gəzib-dolaşmaq üçün əla fürsət - 3 AYA 9 AVROLUQ BİLET!

İyunun 1-dən bütün Almaniyada “9 avroluq bilet” adlı yenilik qüvvəyə minir. Qiyməti simvolik məbləğə – cəmi 9 avroya bərabər olan bilet alaraq üç ay ərzində bütün ölkədə taksi avtomobilləri və IC sinfinə aid sürət qatarları istisna olmaqla, şəhərdaxili və şəhərlərarası nəqliyyatın bütün növlərindən istifadə etmək mümkün olacaq (müqayisə üçün qeyd edək ki, 9 avro bir fincan qəhvənin və kruassanın dəyəridir). Başqa sözlə desək, bütün yay ayları ərzində AFR-də ictimai nəqliyyat və ikinci sinfə aid qatarlarda gediş praktiki olaraq pulsuzdur.

İyun-avqust aylarında ikinci dərəcəli qatarlarla səyahət edəcək sərnişinlər də nəzarətçilərə həmin bileti təqdim edəcək, sonra isə öz şəhərlərində də bu biletlərdən istifadə edə biləcəklər. Yeri gəlmişkən, nəqliyyat xidmətləri assosiasiyaları belə biletlərə tələbatın yüksək olacağı və nəqliyyata gərginlik düşəcəyi barədə xəbərdarlıq edirlər.

Bu tədbirin məqsədi Rusiyadan neft məhsulları tədarükündə yaranan fasilələr fonunda vətəndaşları avtomobillərdən az istifadə etməyə, avtobuslara, tramvaylara, trolleybuslara, metro və şəhərlərarası qatarlara üstünlük verməyə stimullaşdırmaqdır.