26 May 2022, 13:02

Abşeronun palçıq vulkanlarına aparan asfalt yol çəkildi

Abşeronun palçıq vulkanlarına aparan asfalt yol çəkildi

Palçıq vulkanlarına getmək indi daha rahatdır. Abşeron rayonunda palçıq vulkanlarına aparan yeni yolun tikintisi başa çatıb. Yeni yolun eni 12 m, ümumi uzunluğu 21 km-dir.

Məlumdur ki, Azərbaycan dünyada palçıq vulkanlarının unikal və klassik inkişafı regionu kimi tanınır. Yer üzündə məlum olan 1700 palçıq vulkanından 700-ü Azərbaycanda yerləşir: onlardan 350-si aktivdir.