2022-ci ilin yayında ən populyar 10 tətil yeri - REYTİNQ

2022-ci ilin yayında ən populyar 10 tətil yeri - REYTİNQ

Portuqaliyanın əsas maliyyə və iqtisadi mərkəzlərindən biri olan Porto 2022-ci ilin yayında ən populyar istirahət məkanı kimi seçilib. Belə məlumatları istifadəçilər arasında foto mübadiləsində ixtisaslaşan Pinterest internet portalı təqdim edir.

Portuqaliyanın bu şəhəri üçün axtarış həcmində artım yüzdə 62 olub. Turistlərin yay tətili üçün hara getməyi planlaşdırdıqlarını öyrənmək üçün mütəxəssislər Pinterest-də axtarış sorğularını təhlil ediblər.

Nəticələrə əsasən, son bir neçə ayda trafikin ən çox artdığı ilk 10 ən populyar yer tərtib edilib:

Porto, Portuqaliya - 62%

Korfu, Yunanıstan - 61%

Komo gölü, İtaliya - 44%

Mayorka, İspaniya - 35%

Mykonos, Yunanıstan - 32%

İstanbul, Türkiyə - 26%

İbiza, İspaniya - 26%

Phuket, Tayland - 26%

Nitsa, Fransa - 25%

Madrid, İspaniya - 18%