Sabah Heydər Əliyev Fondunun və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə I Beynəlxalq Kulinariya Festivalına start veriləcək.
Mayın 8-dək davam edəcək festival ləzzətli təamların bayramı olacağını vəd edir, bu şəhərin qədimliyini, gözəlliyini, Azərbaycan xalqının qonaqpərvərliyini bir daha nümayiş etdirəcək.
Beynəlxalq kulinariya festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan olan kulinariya mütəxəssisləri qonaqları öz ölkələrinin yeməkləri ilə tanış edəcəklər.
Kulinariya festivalında Azərbaycanın müxtəlif iqtisadi rayonları iştirak edəcək. Festival zamanı 11 milli, 11 xarici pavilyon və Milli Kulinariya Mərkəzinin pavilyonu quraşdırılacaq ki, burada qonaqlar Azərbaycanın regionlarından, eləcə də dünya mətbəxinin təamlarını dada bilərlər.