24 Sentyabr 2021, 16:10

Ağoğlan (Hadrut) və Tuğ Qafqaz şərab marşrutuna daxil ediləcək

Ağoğlan (Hadrut) və Tuğ Qafqaz şərab marşrutuna daxil ediləcək

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndi Qafqaz şərab marşrutuna daxil ediləcək. Bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova deyib.

Onun sözlərinə görə, sözügedən istiqamətlər erməni işğalı altında olduğu üçün 2019-cu ildə tərtib edilən bu marşruta daxil edilməmişdi. “Lakin indi bölgə işğaldan azad edildiyi üçün Hadrut qəsəbəsi və Tuğ kəndi marşruta daxil ediləcək”, - deyə Həsənova vurğulayıb.

O əlavə edib ki, şərab marşrutu tərtib edilərkən Gürcüstanla yanaşı, Rusiya Federasiyasının Krasnodar vilayəti də ora daxil edilib. “Beləliklə, xarici turistlər üçün Qafqazın şərab zavodları üzrə turizm paketi Azərbaycan, Gürcüstan və Rusiya regionlarını əhatə edəcək”, - deyə Həsənova bildirib.

Teqlər: