Rusiya Dünya Turizm Təşkilatından çıxarıldı - FOTO

UNWTO-ya üzv olan 160 ölkənin üçdə ikisindən çoxu Rusiyanın üzvlüyünün dayandırılması qərarını dəstəkləyib.
Rusiya Dünya Turizm Təşkilatından çıxarıldı - FOTO

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) Moskvanın agentlikdən çıxmaq qərarına gəldiyini söylədikdən az sonra Rusiyanın üzvlüyünü dayandırdığını açıqlayıb.

Bu gün qəbul edilən qərarın Ukraynanın işğalı ilə əlaqədar olduğu bildirilib. UNWTO-ya üzv olan 160 ölkənin üçdə ikisindən çoxu Rusiyanın üzvlüyünün dayandırılması qərarını dəstəkləyib.

UNWTO-nun baş katibi Zurab Pololikaşvili sosial media hesabında belə bir paylaşım edib: “Mesaj aydındır: Hərəkətlərin həmişə nəticələri olacaq. Sülh əsas insan hüququdur. Hər kəsin haqqıdır. İstisnasız."