Prezident Ərdoğan Elmi Komitənin iclasından sonra bu barədə danışıb. O bildirib ki, qapalı yerlərdə maskalardan istifadə öhdəliyi qaldırılıb. Yalnız ictimai nəqliyyat vasitələrində və səhiyyə müəssisələrində bir müddət davam edəcək.
Prezident və AKP sədri Ərdoğan açıqlama verməzdən əvvəl maska taxan bəzi Elm Şurasının üzvlərinə “Məncə, çəkiliş zamanı maskaları çıxarmalıyıq”, deyə xitab edib.
Ərdoğanın açıqlamalasında bildirib:
Ölkəmizə, millətimizə göstərdiyiniz xidmətlərə görə hər birinizə təşəkkür etmək istəyirəm. Dünyamızın iki ili bu epidemiya altında keçdi. Bu proses tezliklə istehsaldan istehlaka, idmandan təhsilə qədər hər sahəni əhatə edən böhrana çevrilmişdi. Türkiyə bu sınaqdan alnıaçıq çıxdı.