Niderland şərab çənlərindən mənzillər hazırlayıb

Niderland şərab çənlərindən mənzillər hazırlayıb

Niderlandın “Levs Architecten” şirkətinin mütəxəssisləri “Harbour Club” layihəsi çərçivəsində Amsterdamın şərq hissəsində, keçmiş liman ərazisində istifadə olunmamış şərab saxlama çənlərini rahat mənzillərə çeviriblər.

Binanın damında üç köhnə sistern quraşdırılıb. Gələcək sakinlərin təhlükəsizliyi memarlar üçün əsas prioritet olduğundan çənlər təmizlənib, lazımi istilik izolyasiyası və mühəndis sistemləri ilə təchiz edilib.

Mənzillər yemək, qonaq, yataq və vanna otaqları, eləcə də, mətbəxdən ibarətdir. Bundan əlavə, daxili məkanları təbii işıqla təmin etmək üçün çənlərdə pəncərələr düzəldilib.