Bakıda iyunun 10-12-də keçirləcək "Formula-1" Azərbaycan Qran Prisi çərçivəsində tamaşaçılar və azarkeşlər üçün 10-a yaxın stend quraşdırılması planlaşdırılır. Onların tutumu, əvvəlki illərdə olduğu kimi, təxminən 16 min nəfər olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bildirib ki, Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına fevral ayının 22-dən etibarən start verilib.
Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti:
Yerli azərkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 AZN,
üç günlük tribuna biletləri 280 - 970 AZN,
uşaqlar üçün (16 yaşadək) 190 - 690 AZN aralığında dəyişir.
Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.
Qeyd edək ki, 2020-ci ildə COVID-19 səbəbilə təxirə salınmış Formula 1 Azərbaycan Qran Prisi zamanı alınmış biletlər hazırki 2022-ci il Azərbaycan Qran Prisi üçün keçərli olacaq.