Rusiyada turizm agentlikləri su qiymətinə satışa çıxarılır

Rusiyada turizm agentlikləri su qiymətinə satışa çıxarılır

Sektorun dərin böhrana girməsi ilə Rusiyada mart ayında satışa çıxarılan turizm agentliklərinin sayı fevral ayına nisbətən yüzdə 89 artıb. Business FM-in xəbərinə görə, Sankt-Peterburq və Moskvada 50 min rubla turizm agentliyi almaq mümkündür. Bu isə 617 dollar deməkdir. 

Hazır otel qiymətləri isə 4 milyon ilə 185 milyon rubl arasında dəyişir. Business FM-ə satdığı səyahət agentliyi barədə məlumat verən sahibkarlardan biri səbəb kimi müştəri portfelinin itirilməsini göstərir.

Elanın sahibi şirkətin 2000-ci illərin əvvəllərində qurulduğunu və Misir, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə turlar satdığını bildirir. Buna uyğun olaraq satışa çıxarılan agentliklər və otellər qısa müddətdə öz yeni sahiblərini tapır.

Müvafiq olaraq, bəzi şirkətlər bazardan çəkilmək qərarına gəlir, bəziləri isə bunu bizneslərini genişləndirmək üçün bir fürsət olaraq görür.