125.000 dollara Stratosferə səyahət

125.000 dollara Stratosferə səyahət

Amerikanın “Space Perspective” şirkəti 2024-cü ildə turistləri kosmosa yaxın orbitə çatdırmağa başlayacağını açıqlayıb. Artıq 600 nəfər 30 km hündürlükdən Yerin mənzərələrinə heyran olmaq arzusunu ifadə edib.

Səfər nə qədər çəkəcək? Səfər 6 saata nəzərdə tutulub: 2 saat 30 kilometr hündürlüyə qalxmaq, 2 saat turistlər stratosferdə uçacaq və 2 saat ərzində də yavaş-yavaş yerə enəcəklər.

Şirkət turistlərə rahat şərait vəd edir: 360° panorama açan böyük illüminatorlar, yumşaq kreslolar və ya divanlar, tualet, şampan, qəlyanaltılar da daxil olmaqla spirtli içkilər olan bar, internetə çıxış. Sərnişinlər kifayət qədər hündürlükdə olmadığı üçün çəkisizlik vəziyyətini yaşaya bilməyəcəklər, həm də uçuş üçün xüsusi hazırlığa ehtiyacı yoxdur.