Türkiyə, Yunanıstan və Maldiv adaları 2022-ci ildə ən populyar istirahət yistiqamətləri seçilib. Almaniyanın tanınmış turizm şirkəti Holidu tərəfindən aparılan araşdırma nəticəsində nəticələr formalaşdırılıb.
Beləliklə, 2022-ci ildə dünyada səyahət üçün ən populyar 10 ölkə aşağıdakılardır:
1. Türkiyə (102,100)
2. Yunanıstan (89 800)
3. Maldiv adaları (83,700)
4. İspaniya (74 320)
5. Tayland (57,200)
6. Kipr (53,600)
7. Malta (48,500)
8. Meksika (48,400)
9. İtaliya (45 400)
10. İslandiya (44,600)
Son 12 ay ərzində Google axtarışlarının təhlili göstərdi ki, 2022-ci ildə turistlərin səyahətinə ən çox marağı bu ölkələr yaradıb.