Booking.com Rusiyaya cərimə ödəyib

Booking.com Rusiyaya cərimə ödəyib

Rusiyanı tərk edən ən böyük otel aqreqatoru Booking.com ona rusiyalı antiinhisarçıların qoyduğu cəriməni ödəyib. Rəsmi internet saytında Federal Antiinhisar Xidməti (FAS) Booking-in 1,3 milyard rubl (16,66 milyon dollar) məbləğində cəriməni ödəməsi barədə məlumat yayıb.

Xatırladaq ki, iş 2019-cu ildə kiçik və orta biznes Opora Rossii ictimai təşkilatının müraciəti əsasında başlanıb və 2020-ci ilin dekabrında başa çatıb. Nəticədə, 2021-ci ilin avqustunda Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti Booking.com-a  “mehmanxana aqreqator bazarında dominant mövqedən sui-istifadə etdiyinə” görə 1,3 milyard rubl məbləğində cərimə kəsib.