Yaponiya Azərbaycan üçün sərhədlərini açdı, bəzi ölkələrə qadağalar isə qüvvədə saxlanıldı

Sərhədlər aprelin 8-dən etibarən açılır
Yaponiya Azərbaycan üçün sərhədlərini açdı, bəzi ölkələrə qadağalar isə qüvvədə saxlanıldı

Yaponiya sərhədlərini Azərbaycan da daxil olmaqla 106 ölkəyə açır. Koronavirus pandemiyası səbəbilə sərhədlərini bağlayan və çox sərt tədbirlər görən Yaponiya aprelin 8-dən etibarən sərhədləri açmağa qərar verib.

Türkiyə mətbuatının yazdığına görə, Yaponiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada 106 ölkədən sərnişinlərin ölkəyə girişinə icazə veriləcəyi bildirilib. Göstərilib ki, Türkiyə, Azərbaycan, Belçika, Macarıstan, İsveçrə, Böyük Britaniya, Kanada və ABŞ kimi ölkələrdən də sərnişinlər qəbul edilə bilər.

Digər tərəfdən, qadağanın Ermənistan, Rusiya, Bolqarıstan, Bosniya-Herseqovina, Əfqanıstan, Qana və Misir kimi ölkələrin vətəndaşları üçün hələ də qüvvədə olduğu bildirilib.