İyulun 25-29-da Bakıda Sea Breeze Summer Fest yeni beynəlxalq musiqi festivalı keçiriləcək.
Burada Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti, Emin Ağalarov, Kenan Doğulu, Morandi, Outlandish, Niletto, Klava Koka, Mari Kraimbreri, Mot da daxil olmaqla müxtəlif ölkələrdən 150-dən çox səhnə adamı iştirak edəcək.
Təşkilatçılar @AzeSputnik-ə bildiriblər ki, əvvəllər Zhara-2022 festivalı üçün alınmış biletlər Sea Breeze Summer Fest üçün də keçərlidir.