Daxili uçuşlar üçün Rusiyada təyyarə qıtlığı var. Tur agentliklər həll yolunu avtobusla səyahətdə tapıblar

Daxili uçuşlar üçün Rusiyada təyyarə qıtlığı var. Tur agentliklər həll yolunu avtobusla səyahətdə tapıblar

Rusiyadakı hava yolu böhranı daxili turizmi də vurdu. Ruslar tətilə avtobusla gedəcəklər. Moskvadan 1600 kilometr uzağa belə...

Ukrayna-Rusiya müharibəsindən sonra iqtisadi sanksiyalar beynəlxalq uçuşları dayandırsa da, daxili biletlərin də baha olduğu və ya kifayət qədər uçuşların olmadığı görünür. Bu hadisələr fonunda Moskva hakimiyyəti 10 ildə ilk dəfə Qara dəniz sahillərinə avtobus turları təşkil etmək qərarına gəlib.

“Kommersant” qəzetinə danışan “Delfin” turoperatorunun baş direktoru Sergey Romaşkin avtobus şirkətləri ilə qiymət danışıqlarına başladıqlarını bildirib. Romaşkin avtobus biletlərinin qiymətlərinin qatar biletlərindən ucuz olduğuna diqqət çəkib. Qatarla 12 min 800 rubla başa gələn səyahət, avtobusla 5 min 5 min rubla başa gəlir. Inturist şirkətinin rəhbəri Darya Domostroyeva da bu yay avtobus turlarının bazara qayıdacağına inanır.

Qeyd edək ki, Rosaviatsiya hərbi əməliyyatlarla bağlı cənubdakı hava limanlarını bağlayıb. Aviaşirkətlərin Anapa, Gelencik, Krasnodar və Simferopola girişi hələ də bağlıdır. Soçi uçuşlarının müddəti isə 2,5 saatdan 4 saata qədər uzadılıb.