5 Aprel 2022, 13:03

Gürcüstan turizm sektorunun ötənilki vergi öhdəliyini sildi

Gürcüstan turizm sektorunun ötənilki vergi öhdəliyini sildi

Gürcüstanın turizm sektorunun 2021-ci il üzrə daşınmaz əmlak vergisi üzrə öhdəlikləri silinib.

Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

O, turizm sahəsindəki cari vəziyyətin və mövcud problemlərin öyrənildiyini deyib: “COVID-19 pandemiyasına görə məhz bu sahə, həmçinin mehmanxana-restoran sənayesi də zərər çəkib. Buna görə də bu sektor 2021-ci il üçün daşınmaz əmlaka görə vergidən azad edilib. Hesab edirəm ki, bu addım turizm sahəsi üçün mühüm yardım olacaq”.