5 Aprel 2022, 09:54

Dünyanın ən qəribə binası - “Dəli ev”

Dünyanın ən qəribə binası - “Dəli ev”

Vyetnamda yerləşən bu qeyri-adi evi görmək üçün ölkəyə dünyanın bir çox şəhərlərindən turistlər gəlir.

Orijinal arxitekturaya malik bina qonaq evi kimi düşünülüb. Sonradan yerli sakinlər onu “Dəli ev” adlandırmağa başladılar.

Dünyanın ən qəribə binaları sırasında ilk onluqda yer alan bina ağac formasında - əyri gövdəli, əyri pəncərələri, keçid tunelləri olan oteldir. Unikal oteldə otaqlar icarəyə verilir, belə ki, burada gündəlik qiymət 30-130 dollardır.

Burada, həmçinin turistlərə pələng və ya qartal yuvasında, kenquru və digər heyvanlar üçün otaqda yaşamaq təklif olunur.