Qlobal turizm sənayesi 7 milyard dollar itirəcək. Rusiyalı turistlər olmasa...

Euromonitor International hesabatında deyilir ki, 2022-ci ildə turizm xərcləri 92% artacaq
Qlobal turizm sənayesi 7 milyard dollar itirəcək. Rusiyalı turistlər olmasa...

Euromonitor International-ın hesabatına görə, koronavirus pandemiyası səngidiyi üçün səyahət sənayesi 2022-ci ildə yüksəlməyə hazır idi, lakin Ukraynadakı münaqişə Avropada turizmin bərpasını yavaşlatacaq.

“Fevralın 24-dən sonra Avropa ölkələri öz səylərini milyonlarla ukraynalı qaçqına kömək etməyə yönəltdi və Rusiyaya, o cümlədən aviasiya sənayesinə qarşı iqtisadi sanksiyalar tətbiq olundu. Turizm sənayesinin 2021-ci ilə nisbətən ən azı 50% düşəcəyi gözlənilir”, - analitiklər deyir.

Araşdırmaya görə, 2022-ci ildə turizmə xərclər keçən illə müqayisədə 92% artacaq, lakin Ukraynada baş verən hadisələrə görə sənaye gözləniləndən xeyli az gəlir əldə edəcək. Euromonitor International-a görə, qlobal səyahət sənayesi 2022-ci ildə 6,9 milyard dollar itirəcək. Təşkilatın məlumatına görə, rus turistlər qlobal səyahət xərclərinin 1%-ni təşkil edir. 2021-ci ildə ruslar xaricə 9,1 milyard dollar xərcləyib:

“Varlı rus turistlərinin itkisi dünyanın bir çox ölkələrinə ciddi ziyan vuracaq: Avropa və Karib hövzəsindən tutmuş Türkiyə və Taylanda qədər”

Onlar həmçinin qeyd ediblər ki, uzunmüddətli uçuşlardan istifadə edən, məsələn, Şimali Amerikadan olan turistlər, qitə ölkələrinin təhlükəsizliyinə və səyahət üçün açıq olmasına əmin olmadıqlarından, Ukraynadakı münaqişə ilə əlaqədar Avropaya səfərlərini təxirə salırlar.

Hesabatda həmçinin vurğulanır ki, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrikada koronavirus pandemiyasının turizm siyasətinə təsiri davam edir.

"Dünya əhalisinin təxminən 63%-i peyvənd olunduğundan və kütləvi toxunulmazlıqı hələ də uzaqda olduğundan, Asiya ölkələri beynəlxalq turizmi tam bərpa edən sonuncu ölkə olacaq", - şirkət izah edib.

Euromonitor International-ın verdiyi məlumata görə, ən azı 2023-cü ilin əvvəlinə qədər, əsasən də Çinli turist çatışmazlığı yaşamağa davam edəcək. Bundan əlavə, vaksin çatışmazlığı turizmin bərpasına ciddi maneədir, əsasən Asiya-Sakit Okean regionunda, burada ölkələrin 14,1%-nin gəlirləri aşağıdır və bütün əhalini koronavirus peyvəndi ilə təmin edə bilmir.