30 Mart 2022, 14:47

Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğvi müzakirə edilir

Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğvi müzakirə edilir

Azərbaycanda qapalı məkanlarda tibbi maska tələbinin ləğvi müzakirə olunur. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.  
Deputat son zamanlar ölkədə epidemioloji vəziyyətin nəzarətdə olmasının qapalı məkanlarda maskadan istifadə ilə bağlı tələbin aradan qaldırılmasına zəmin yaratdığını qeyd edib. 

“Proqnozlar və hesablamalar, eləcə də gələcək risklər də nəzərə alınaraq məsələ ilə bağlı müzakirələr aparılır. Yaxında müzakirələrin nəticəsi bəlli olacaq”, - deyə o əlavə edib.