Koronanın "turizm itkisi" hələ də 70%-dən yuxarıdır. Turistlərin ən çox getdiyi ölkələrin - TOP-10-u

2021-ci ildə təxminən 1 milyard turist pandemiya məhdudiyyətləri səbəbindən səyahət edə bilməyib
Koronanın

Dünya Turizm Təşkilatı (UNWTO) qlobal turizmin 2021-ci il göstəricilərini açıqlayıb. Sənədə görə, 2021-ci ildə 421 milyon insan turistik səfərlər edib. Bu rəqəm 2019-cu ildəki turizmdən 71% geridir. 

2021-ci ildə təxminən 1 milyard turist müntəzəm fasilələrlə davam edən pandemiya məhdudiyyətləri səbəbindən səyahət edə bilməyib. Pandemiyadan ən ağır zərbəni Uzaq Şərq və Asiya ölkələri alarkən, Avropa ötən il normallaşmağa və köhnə günlərə qayıtmağa başladı.

2019-cu illə müqayisədə ən az itki verən ölkələr Karib hövzəsi və Şərqi Aralıq dənizi ölkələri olub. Təsdiqlənməmiş məlumatlara görə, 2021-ci ildə 421 milyon səyahət aşağıdakı kimi paylanıb:

1. Fransa - 40 milyon

2. Meksika 31,9 milyon

3. İspaniya 31,2 mln

4. Türkiyə 29,9 mln

5. İtaliya 26,3 mln

6. ABŞ 22,1 milyon

7. Yunanıstan 14,7 mln

8. Avstriya 12,7 mln

9.Almaniya 11,7 mln

10. Xorvatiya 10,6 milyon

Gəlin bu cədvəlin nə dediyinə nəzər salaq: Koronanın ən mühüm qalibi Meksika olub. 2019-cu ildə 7-ci yerdə olan Meksika 2020-ci ildə 3-cü, 2021-ci ildə isə 2-ci yerdə qərarlaşıb. Davamlı olaraq cinayət işləri ilə gündəmdə olsa da, ABŞ-da yaşayan Meksika vətəndaşlarının qatqısı ilə 2-ci olan Meksikanın ən böyük turizm mənbəyi ABŞ və Kanadadan gəlir.

2019-cu illə müqayisədə Türkiyə 2021-ci ildə koronanın vurduğu zərəri 40% civarında saxlayaraq, ən az itki verən turizm məkanlarından biri oldu və bununla da tarixində ilk dəfə olaraq dünyada 4-cü sıraya yüksəldi. İtaliya və Amerikanı geridə qoyan Türkiyənin dünya turizmindəki payı 7% olub.

2021-ci ildə 2019-cu ilə nisbətən 50 milyon turist itirən İspaniya turizmi böyük itki verdi. 2019-cu ildə 65 milyon turistlə dünyada 4-cü yerdə olan Çin, korona prosesi zamanı turizm dünyasından tamamilə silindi. Uzaq Şərqin parlayan ulduzu Tayland 2019-cu ildə 40 milyon turisti qəbul etmiş, 2021-ci ildə 400 min turistlə 53-cü sıraya düşmüşdür.

Mövsümə 25 milyon turist hədəfi ilə girən Yunanıstan 14,7 milyon turistlə 6-cı yerdə qərarlaşıb. Korona gündəmlərində turizm xidmətləri ilə qalib Aralıq dənizi hövzəsi oldu. 2021-ci ilin ilk 10-luğuna daxil olan 5 ölkə Aralıq dənizi ölkələridir. Xorvatiya tarixində ilk dəfə 10-cu yeri tutdu. 

AviaTravel