23 Mart 2022, 14:12

Səudiyyə Ərəbistanından Həcc və Ümrə qərarı - PCR test ləğv olundu

Səudiyyə Ərəbistanından Həcc və Ümrə qərarı - PCR test ləğv olundu

Səudiyyə Ərəbistanı Ümrə ziyarətləri üçün PCR testi, peyvənd və karantin tələbini aradan qaldırdı. Səudiyyə Ərəbistanı xaricdən gələn Həcc və Ümrə zəvvarları üçün PCR testi, karantin və peyvənd tələblərini tamamilə ləğv etdiyini açıqladı.

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyindən verilən açıqlamada, ölkə xaricindən gələn zəvvarların peyvənd, PCR və karantinə ehtiyac olmadan ölkəyə daxil ola biləcəyi bildirilib.

Nazirlik bəyan edib ki, peyvənd olunmamış zəvvarlar və ziyarətçilər istənilən viza ilə Səudiyyə Ərəbistanına daxil ola biləcəklər.