17 Mart 2022, 15:33

Marriott ve Accor hotellərinin "Rusiya imtahanı"

Rusiyanı tərk etmək istəyən şirkətlər yollar axtarırlar
Marriott ve Accor hotellərinin

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkəni tərk etmək istəyən şirkətlərin rəsmiləri istəsələr belə, Rusiyadan çəkilmələrinin mümkün olmadığını bildirirlər.

Ölkədə 100-ə yaxın filialı olan, Rusiyanı tərk etmək istəyən, lakin sanksiyalara görə çıxa bilməyən Marks and Spencer (M&S), Burger King, otel şəbəkələri Marriott və Accor qanuni olaraq kompleks françayzinq müqavilələrinə əməl etməyə borcludur. M&S-in 48 mağazası, Burger King-in 800 restoranı; Marriott-un 28 və Accor-un 57 oteli hələ də açıqdır. Bu şirkətlər Rusiyadakı ad hüquqlarını başqa şirkətlərə veriblər.

Mütəxəssislər uzunmüddətli müqavilələri yaxın gələcəkdə asanlıqla dəyişdirməyin mümkün olmadığını bildirsələr də, Marriott Hotels və Accor Hotel Chain də Rusiyadakı otellərin başqa şirkətlər tərəfindən idarə edildiyini və müqavilələrini nəzərdən keçirməyə davam etdiyini açıqladı. Bununla belə, Marriott və IHG Hotels yeni otel investisiyalarını donduraraq ölkədəki ofislərini bağlayıb, Accor yeni otellərin açılmasını dayandırıb və sanksiyaya məruz qalan insanlara otaq verməyəcəklərini açıqlayıb.

Bir çox ölkədə tətbiq edilən bu ticarət metodunda bir şirkət başqa şirkətin brendindən istifadə etmək və məhsullarını satmaq üçün franchise alır və bunun müqabilində haqq ödəyir. Bird&Bird hüquq firmasının beynəlxalq franchise eksperti Graeme Payne bunun yeni bazarlara çıxmaq istəyən, lakin bu bazarlar haqqında kifayət qədər məlumatı olmayan Qərb şirkətləri üçün faydalı bir üsul olduğunu ifadə etdi.

Adətən 10 il və ya daha çox müddətə bağlanan bu müqavilələrin birtərəfli qaydada məhkəməyə verilə biləcəyini və bunun ciddi təzminatla nəticələnə biləcəyini qeyd edən françayzinq üzrə ekspert Qrem Payne, adətən belə müqavilələrdə ləğv oluna bilən bəndlərin olduğunu vurğulayır.