17 Mart 2022, 13:04

Ukrayna və Rusiya turistləri eyni vaxtda oteldə olmasın: UATA belə bir tövsiyə səsləndirdi

Ukrayna və Rusiya turistləri eyni vaxtda oteldə olmasın: UATA belə bir tövsiyə səsləndirdi

Türkiyə və Misirdəki otelçilərdən 2022-ci il turizm mövsümündə Ukrayna və Rusiyadan gələn qonaqların yerləşdirilməsi ilə bağlı vəziyyətlərini izah etmələrini xahiş edən UATA-nın icraçı direktoru Pavel Qriqoraş Tourdom.ru saytına bildirib ki, bu iki ölkədən eyni vaxtda turist qəbul etmək yaxşı deyil.

Həmin ölkələrin eyni anda bir oteldə olması və bu vəziyyətlərdə qarşıdurmaların ola biləcəyini ifadə edərək, bunun da otelə zərər verə biləcəyini ifadə edib. Türkiyə və Misirin rus turistləri qəbul etməməsi lazım olduğunu, otellərin də Rus müştəriləri qəbul etməməsi lazım olduğunu söylədi.

Tourdom.ru-da yer alan xəbərdə bildirilir ki, bu açıqlamadan sonra sosial media şəbəkələrində Ukrayna turizm agentliyinin sahibi və meneceri olduqlarını deyən şəxslərin Türkiyə və Misirdəki otellərdən imtina etməyə çağıran videoları yayımlanıb. Rusiya şirkətləri və turistləri ilə hər cür əməkdaşlığı dayandırmaq barədə çağırışlar səslənir. Beynəlxalq turizmin Ukraynadan gözləntiləri ilə bağlı aydınlıq olmasa da, yay mövsümündə istirahət yerlərində təhlükəsizlik məsələsinin son dərəcə aktuallaşdığı vurğulanıb.

Turizm sənayesindən olan ekspert Tourdom.ru-ya bildirib ki, Türkiyə turistlərə milli mənsubiyyətinə görə hücuma icazə verəcək ölkə deyil və turist buna cəhd edərsə, mütləq həbs edilərək deportasiya ediləcək.