15 Mart 2022, 17:33

Britaniyanın Azərbaycandakı səfirliyi bəzi viza xidmətlərini dayandırdı

Britaniyanın Azərbaycandakı səfirliyi bəzi viza xidmətlərini dayandırdı

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəzi kateqoriyalar üzrə yeni viza müraciətləri müvəqqəti olaraq qəbul etməyəcək.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tviter hesabında qeyd olunub.

“Təhsil, iş və ailə üzrə yeni viza müraciətləri üçün “prioritet” və “super prioritet” viza xidmətləri müvəqqəti olaraq dayandırılıb. Standart ziyarətçi vizalarının hazırlanması orta hesabla 6 həftə çəkir”, - səfirlik bildirib.