14 Mart 2022, 17:20

Moskvada maska rejimi ləğv edilir

Moskvada maska rejimi ləğv edilir

Moskvada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş qoruyucu maskalardan istifadə tələbi ləğv olunur.

Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bəyan edib.

Mer bildirib ki, şəhərdə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar bu il martın 15-dən maska taxmaqla bağlı tələb aradan qaldırılır.

Bundan əlavə, Moskva göstərişi ilə müəssisə və təşkilatlarda COVID-19-a qarşı məcburi tədbirlər ləğv edilir: işçilərin bədən hərarətinin müntəzəm ölçülməsi, iş yerlərində bölücü arakəsmələrin quraşdırılması və s. Mövcud şəraitdə bu qərar həmçinin artıq ciddi sanksiya təzyiqi ilə üzləşən biznesləri dəstəkləyəcək”, – deyə mer bloqunda yazıb.

"Moskvada kovid səbəbiylə məhdudiyyətlərin aradan qaldırılması sanksiyalara görə təzyiq altında olan bizneslərə dəstək olacaq", - mer bildirib.