22 Sentyabr 2021, 11:43

Antalya 19 günə bir milyondan çox turist qarşıladı: pandemiyada yeni rekord

Antalya 19 günə bir milyondan çox turist qarşıladı: pandemiyada yeni rekord

1 Yanvar-19 Sentyabr tarixləri arasında Antalya Beynəlxalq Terminalına 33 min 946 təyyarə ilə 6 milyon 82 min 276 turist gəlib. Turistlərin 2 milyon 275 min 929-nu ruslar, 1 milyon 13 min 719-nu isə almanlar təşkil edib.

Digər tərəfdən Antalya Havalimanın məlumatlarına əsasən, yalnız 1-19 sentyabr tarixləri arasında hava limanına beynəlxalq reyslərdən gələn 5587 təyyarə eniş edib. Rus və alman turistlərin çoxluq təşkil etdiyi bu təyyarələrdə 1 milyon 54 min 885 sərnişin şəhərə daxil olub.

Pandemiyanın davam etməsinə baxmayaraq, turizm şəhəri Antalya, keçən ilə nisbətən bu il turizm sahəsində böyük nailiyyətlər əldə edib. Vaksinasiya nisbətinə görə Türkiyənin ilk 7 şəhəri arasında və ən az yoluxma sayına görə üçüncü şəhəri olan Antalya payızda da ən populyar istiqamətlərdən biridir.