4 Mart 2022, 15:44

Rusiyanın Dünya Turizm Təşkilatından çıxarılmasına baxılacaq

Rusiyanın Dünya Turizm Təşkilatından çıxarılmasına baxılacaq

BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurası martın 8-də Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyanın təşkilatda üzvlüyünün dayandırılması məsələsinə baxacaq. 

“Qvatemala, Litva, Polşa, Sloveniya və Ukraynanın Rusiyanın UNWTO-ya üzvlüyünün dayandırılması ilə bağlı müraciətindən sonra təşkilatın baş katibi məsələyə baxmaq üçün icraçı şuranın fövqəladə iclasını çağırıb. İclas martın 8-də Madriddə baş tutacaq".

Qeyd olunduğu kimi, UNWTO nizamnaməsinin 3-cü maddəsində qeyd olunur ki, təşkilatın əsas prinsipləri iqtisadi inkişafa, xalqlar arasında qarşılıqlı anlaşmaya, sülhə, firavanlığa və insan hüquqlarına hörmətə kömək etmək məqsədilə turizmin təşviqi və inkişafıdır.

“UNWTO Rusiya Federasiyasının hərəkətlərini birmənalı şəkildə pisləyir, onların Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulması, BMT Nizamnaməsi və UNWTO-da təsbit olunmuş prinsiplərə zidd olduğunu qeyd edir”, - təşkilatın bəyanatında deyilir.

Xatırladaq ki, Rusiya 1975-ci ildə UNWTO-ya üzv olub.