2 Mart 2022, 18:21

Rusiyadan xaricə turların satışı 70% azalıb: rusiyalı turistləri hansı ölkələr qəbul edir?

Rusiyadan xaricə turların satışı 70% azalıb: rusiyalı turistləri hansı ölkələr qəbul edir?

“Rosturizm”in mətbuat xidməti xəbər verir ki, ruslar Türkiyə, Tunis və Misirdə problemsiz istirahət edə biləcəklər.

“Federal Turizm Agentliyinin rəhbəri Zarina Doğuzova Tunis Respublikasının turizm naziri Mohamed Moez Belhasen ilə danışıqlar aparıb. Əsas mövzu iki ölkə arasında turizm əlaqələrinin daha da inkişaf etdirilməsi olub. Mohamed Moez Belhasen Tunis hakimiyyətinin Rusiyaya qarşı heç bir məhdudiyyət qoymağı planlaşdırmadığını vurğulayıb və rus turist axınının artırılmasında maraqlı olduğunu bildirib.

Rosturizmin mətbuat xidmətinin məlumatına görə, daha əvvəl Türkiyə və Misirin turizm nazirləri də idarə rəisini rus turistlərə hər hansı məhdudiyyət qoymağı planlaşdırmadıqlarına və Rusiya tərəfi ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər.

Qeyd edək ki, fevralın 24-də Ukraynada xüsusi əməliyyat başlayandan sonra tətbiq edilən sanksiyalara görə Rusiya ilə 36 ölkə arasında hava əlaqəsi dayandırılıb. Rusiya aviaşirkətlərinin uçuşları üçün Avropa İttifaqı səmasının bağlanması səbəbindən onlar Karib dənizinin açıq ölkələrinə - Meksika, Dominikan Respublikası və Kubaya da uça bilmirlər. Turoperatorların fikrincə, Ukrayna ətrafında yaranmış vəziyyətə görə xaricə turların satışı 70% azalıb.