23 Fevral 2022, 11:31

Avropadan Sinovac ilə bağlı önəmli qərar!

Avropa İttifaqı (Aİ) martın 1-dən qüvvəyə minən koronavirus səyahət tədbirləri ilə bağlı tövsiyə verdi.
Avropadan Sinovac  ilə bağlı önəmli qərar!

Avropa İttifaqının üzv dövlətlərə tövsiyələrində diqqətəlayiq qərarlar var. Eyni zamanda, Azərbaycanda daha çox istifadə olunan Sinovac peyvəndi ilə əlaqədar da qərar verildi.

Qəbul edilən qərarla, Azərbaycanda milyonlarla insanın Çin istehsalı olan Sinovac peyvəndi aldıqlarını nəzərə alsaq, Avropa bizimkilərə də qapıları açıır.

Qərara görə; Aİ-yə səyahətə icazə verilən şəxslər səyahətdən ən azı 2 həftə əvvəl tam peyvəndin son dozasını almalıdırlar. Peyvənddən sonra 270 gündən çox keçməməsi tələb olunacaq. Xəstəlikdən sağaldıqdan sonra 180 gün şərt olacaq. Bununla belə, bəzi səyahətçilər üçün səfərdən əvvəl PCR testi kimi əlavə tədbirlər tələb oluna bilər.

ÜST tərəfindən təsdiqlənmiş peyvəndləri olanlar üçün səyahətdən 72 saat əvvəl mənfi test və ya karantin kimi şərtlər tələb oluna bilər.

6-18 yaş arası uşaqlar 72 saat əvvəl alınan PCR testinin nəticəsi ilə səyahət edə biləcəklər. 6 yaşından kiçiklər üçün heç bir sınaq və ya məhdudiyyət olmayacaq. Bunlara əlavə olaraq, qəbul edilən qərara uyğun şəkildə, Covid-19-a yoluxmaların sayının əhaliyə nisbəti, testlərin sayı, müsbət testlərin nisbəti kimi meyarlara görə səyahət icazəsi veriləcək.

ÜST tərəfindən təsdiqlənmiş peyvəndlər: AstraZeneca, Johnson and Johnson, Moderna, Pfizer/BioNTech, Sinopharm, Sinovac, COVAXIN, Covovax, Nuvaxovid, Aİ tərəfindən təsdiqlənmiş peyvəndlərə isə AstraZeneca, Johnson and Johnson, Moderna, Pfizer/BioNTech və Nuvaxovid

Qeyd edək ki, Avropa Şurasının tövsiyəsi üzv dövlətlər üçün məcburi olmasa da, üzv dövlətlər ümumiyyətlə tövsiyələrə uyğun hərəkət edir, az halda özəl tədbirlərə əl atırlar.

AviaTravel